Siyasət

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

20 Aprel 2018 17:40
Baxış: 892

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin aprelin 22-də Bakıya səfərə gələcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Şahin Mustafayev və digər hökumət nümayəndələri ilə görüşü planlaşdırlır.

M.Oreşkinin Azərbaycana səfərinin bazar ertəsi yekunlaşacağı bildirilib.

Qeyd edək ki, rusiyalı nazir sonuncu dəfə ötən ilin dekabrında Azərbaycanda səfərdə olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.