Siyasət

Bakıda Rusiya və NATO generalları arasında kritik görüş - VİDEO

19 Aprel 2018 21:19
0 Şərh     Baxış: 1 147

Rusiya baş qərargah rəisi və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələr baş komandanının Bakıda görüşü keçirilib. Görüşdə tərəflər rusiyanın avropa regionunda hərbi fəaliyyəti və insidentlərin qarşısının alınmasını müzakirə ediblər. Siyasətçilər isə bu görüşün Bakıda keçirilməsinin böyük əhəmiyyət daşıdığını və ölkəmizin beynəlxalq nüfuzunun yüksək olmasının göstəricisi olduğunu bildirir. Hətta bəzi beynəlxalq ekspertlər bu görüşün üçüncü dünya müharibəsinin yaranma riskinin qarşısını almaq məqsədi daşıdığını qeyd edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO -nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda görüşü baş tutub.

Danışıqlarda əsas müzakirə mövzusu Rusiya və NATO münasibətlərində mövcud olan gərginlik, Rusiyanın Avropa regionunda hərbi fəaliyyəti, Suriyadakı vəziyyət olub.

Beynəlxalq ekspertlər bildirir ki, Gerasimov-Skaparotti görüşü hərbi-siyasi məsləhətləşmələr və üçüncü dünya müharibəsinin yaranma riskinin qarşısını almaq məqsədi daşyır. Bu görüşün məhz Azərbaycanda keçirilməsi isə böyük əhəmiyyət daşıyır. Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə bu görüşün Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun yüksək olmasının göstəricisidir.

NATO generalların Bakı görüşü barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, "Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub. Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir. Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda Rusiya və NATO generalları arasında kritik görüş

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.