Siyasət

İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir

19 Aprel 2018 13:22
Baxış: 1 358

Ermənistanda baş verən iğtişaşlar vətəndaşların uzun illərdir hərbi xunta rejiminin həyata keçirdiyi təcrid siyasətinə qarşı etirazdır. Bu ölkədə həyat səviyyəsi oduqca aşağı, işsizlik və kasıblıq həddindən artıq çoxdur. Miqrasiya və demoqrafik problemlər, əhali sayının azalması ermənilərin genefondunu təhdid edən həddə çatıb. Ona görə də ermənilər növbəti mərhələni də qatil Sarqsyan rejiminin zülmü altında keçirmək istəmir.

Bu barədə Milli.Az-a Ermənistanda baş verən iğtişaşlarla müşayiət olunan son hadsiələri şərh edən Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.



Millət vəkilinin sözlərinə görə, əgər ənənəvi olaraq Ermənistanda mövcud olan regionçuluq problemləri də nəzərə alınsa, o zaman demək olar ki, İrəvan erməniləri "Qarabağ  klanı" kimi tanınan və legitimliyi əsla qəbul edilməyən quldur dəstədən birdəfəlik yaxa qurtarmaq istəyir: "Məsələ ondadır ki, yeni seçilən prezident irəvanlı olsa da, əlində real hakimiyyət rıçaqları yoxdur və bundan sonra da Ermənistanı de-fakto baş nazir Sarqsyan idarə edəcək. Bu isə o deməkdir ki, problemin kökləri daha da dərindir və siyasi qarşıdırma və ziddiyətlər bundan sonra da artmaqda davam edəcək. Hətta mümkündür ki, Prezident Armen Sarqsyanın tərafdarları olan siyasi mərkəzlər Baş nazir Sarqsyana qarşı bu etirazı gizli şəkildə dəstəkləsinlər, ya da artıq dəstəkləyirlər".

Ermənistandakı daxili problemin Dağlıq Qarabağ probleminin həllinə təsiri məsələsinə gəlincə, H.Babaoğlu hesab edir ki, bununla bağlı hansısa qənaət ifadə etmək hələ tezdir: "Aydın olan bir məsələ var ki, Ermənistanın regionda səfil və dilənçi dövlət halına düşməsinin əsas səbəbi onun işğalçılıq siyasəti və Azərbaycanın bu işğalçı ölkəni bütün regional və qlobal layihələrdən kənarda qoymasıdır. Düşünürəm ki, sıravi ermənilər bunu dolayısıyla da olsa, gözəl başa düşürlər və işğal faktı ortadan qalxmayandək də vəziyyətin dəyişməyəcəyini bilirlər. Ona görə də etirazçılar nə qədər tez özlərində cəsarət tapıb Ermənistan hakimiyyətini işğalçılıq siyasətindən əl çəkinməyə açıq şəkildə çağırsalar, bir o qədər də məsələ onların maraqlarının lehinə olar. Ancaq erməni cəmiyyəti mövcud hakimiyyətin təkcə idarəetmə işğalı altında deyil, həm də ideoloji işğalı altındadır. Ona görə də işğalçılıq siyasətinə son qoymaqla bağlı çağırışlar etməyə hələ o qədər də hazır deyillər. Ancaq seçkilər zamanı bəzi siyasi qüvvələrin bu məsələni açıq şəkildə gündəmə daşımaq cəsarəti göstərmələri belə deməyə əsas verir ki, nə vaxtsa etirazçılar bu addımı da ata bilərlər. Əsas məsələ isə odur ki, ermənilər artıq başa düşürlər ki, ümid etdikləri kimi Azərbaycanın torpaqlarını işğal altında uzun müddət saxlaya bilməyəcəklər. Azərbaycan güclü dövlətdir və beynəlxalq şərtlər lehinə olan kimi ilk fürsətdə öz torpaqlarını azad edəcək".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.