Siyasət

Çin Xalq Respublikasının sədri Prezident İlham Əliyevi təbrik edib

16 Aprel 2018 18:17
Baxış: 879

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Si Cinpin Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasından sonra ikitərəfli əlaqələrin inkişafındakı nailiyyətləri müsbət dəyərləndirib.

Si Cinpin qeyd edib ki, Çin Azərbaycanla münasibətlərin inkişafına böyük diqqət yetirir, Azərbaycanla birgə hər iki ölkənin və xalqın rifahı naminə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.