Siyasət

"İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib

16 Aprel 2018 16:22
2 Şərh     Baxış: 1 062

Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib.

Milli.Az APA-ya istinadən bildirir ki, "İzvestiya" qəzetinin saytında bu gün Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.

Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub. 

S.Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.   

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    asi · 16 Aprel 16:5340

    Başqa necə olmalıdır ki?? Ümumiyyətlə bu erməni dığaları rusiyanın hər yerində medianın içindədirlər..Elə bir verliş, film serial nə bilim çəkliş yoxdur ki, orada ad yazılarında erməni adı çıxmaya..Rus mediasında ermənilərin payı çoxdu...

    Cavab yaz
  • Anonim
    Süleyman · 16 Aprel 22:2200

    Bu Rusiya dövləti tərəfindən Azərbaycana qarşı təşkil edilən planlı təxribatların cüzi bir hissəsidir. Bu təxribatların bünövrəsi isə Rusiyanın əksər iri və nüfuzlu mediasının sahiblərinin və ya baş redaktorlarının erməni olmasına imkan verilməsidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.