Siyasət

Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Söhrət" ordeni ilə təltif edib - FOTO

16 Aprel 2018 12:53
Baxış: 4 425

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edib. 

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.