Siyasət

XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir

16 Aprel 2018 12:30
Baxış: 530

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Moskva-Baku" portalına Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, bu prioritetlər Rusiyanın xarici siyasət konsepsiyasında əks olunub:

"Biz ATƏT-in Minsk qrupunda Rusiyanın həmsədrliyi, eləcə də üçtərəfli formatda Azərbaycan və Ermənistan rəhbərlikləri ilə əldə olunmuş razılaşmalar nəzərə alınmaqla vasitəçilik işlərini davam etdirəcəyik".

Nazirlikdən, həmçinin bildirilib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini davam etdirəcək:

"İki qardaş xalq arasındakı əlaqələr zəngin tarixə malikdir. Biz Azərbaycanla siyasi, ticarət-iqtisadi və humanitar əlaqələrin hərtərəfli və səmərəli inkişafının tərəfdarıyıq. Əminik ki, Rusiya-Azərbaycan tərəfdaşlığı ölkələrimizin köklü maraqlarına cavab verir, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyə xidmət edir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.