Siyasət

MSK: Prezident seçkiləri qanunun tələblərinə uyğun həyata keçirilib

15 Aprel 2018 11:30
Baxış: 1 741

Prezident seçkilərində iştirak edən namizədlər mənə zəng edərək seçkilərin təşkilindən razılıqlarını bildiriblər.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bu seçkilər Azərbaycanın həyatında daxil olan ən uğurlu səhifələrdən biridir. M.Pənahov vurğulayıb ki, seçkilər qanunun tələblərinə uyğun həyata keçirilib.

Seçkilərin ilkin nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,38%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,52%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,17%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3,03%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,11% səs toplayıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.