Siyasət

"Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə kölgə salmaq cəhdləri iflasa məhkumdur"

13 Aprel 2018 01:44
Baxış: 1 073

"Aprelin 11-də Azərbaycan xalqı bir daha siyasi iradəsini nümayiş etdirdi, keçirilmiş şəffaf və demokratik seçkilərlə cənab İlham Əliyevi Prezident seçdi. Lakin görünür seçkilərin yüksək səviyyədə təşkil olunması, seçicilərin yüksək fəallıq nümayiş etdirməsi və səsvermə günü qanun pozuntularının müşahidə edilməməsi bəzi anti-Azərbaycan qüvvələrini çox narahat edib. Bu mənada ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyaları ənənələrinə sadiq qalaraq 11 aprel prezident seçkiləri ilə bağlı qərəz və iftira ilə dolu seçki hesabatı açıqladılar".

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat Sədaqət Vəliyeva qeyd edib ki, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının qərəzli hesabatı ilk olaraq Azərbaycan seçicilərinə yönəlmiş açıq hörmətsizlikdir: "Çünki adları çəkilən müşahidə missiyalarının çoxsaylı üzvləri mart ayının 16-dan etibarən Azərbaycanda Prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin həyata keçirildiyinin əyani şahidi olublar. Seçkilərə hazırlıq prosesi dövründə seçici siyahılarının tam dəqiqləşdirilməsi, dairə seçki komissiyalarının, eləcə də məntəqələrin bütün lazımi texniki vasitələrlə tam təmin olunması, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şəraitin yaradılması göz önündə olan reallıqlar idi. 1000 məntəqədə veb-kameralar quraşdırılmışdı, ölkə üzrə seçkiləri on minlərlə müşahidəçi və Exit-poll izləyirdi. Hətta, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri seçki öncəsi ayrı-ayrı siyasi partiyaların qərargahlarında görüşlər keçiriblər, namizədlərin təşviqatı ilə əlaqədar görüşlərdə, mitinqlərdə olublar. Hətta, seçki günü respublika üzrə səhər saatlarından etibarən yüksək seçici fəallığını müşahidə edən ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri vətəndaşların axın-axın məntəqəyə gələrək səsvermə hüququndan necə istifadə etdiklərini də görüblər. Lakin görünən odur ki, bütün bu reallıqları inkar edən ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri ənənəvi ampluasında qaldılar və anti-Azərbaycan dairələrinin siyasi sifarişini yerinə yetirmək üçün hazır, təxribat xarakterli seçki hesabatını təqdim etdilər".

"ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının qərəzli hesabatı Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə, insanların cənab İlham Əliyevə olan sevgisinə, inamına və etimadına qarşı atılmış çirkin addım idi" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə bu cür kölgə salmaq cəhdləri iflasa məhkumdur.

Deputat Sədaqət Vəliyeva ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının seçki hesabatlarına yenidən baxacaqlarına və ədalətli, obyektiv yekun hesabat təqdim edəcəklərinə ümid etdiyini də diqqətə çatdırıb: "Çünki, ilk növbədə ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyası təbliğ etdikləri demokratik dəyərlərə özləri hörmət etməli və demokratikləşmə yolunda ciddi uğurlar əldə edən Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirməlidirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.