Siyasət

Azərbaycanlıların Parisdə həmrəylik aksiyası keçirilib - FOTO

11 Aprel 2018 19:31
Baxış: 1 004

Paris Azərbaycan Evinin təşkilatçılığı ilə bu gün Fransanın paytaxtında bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəylik aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aksiyada "Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!", "Vətəndən kənarda Vətənin adını uca tutun!", "Azərbaycan Suriya deyil, olmayacaq da!", "Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.

Aksiyada çıxış edən Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, xaricdə yaşayıb ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı müstəqil ölkəmizin uğurları ilə qürur duymalıdır. Fransada yaşayan soydaşlarımız adından çıxış edən diaspor rəhbəri onları Azərbaycan dövlətinin maraqları uğrunda sıx birləşərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasında daha fəal olmağa çağırıb. M.Fətəliyeva eyni zamanda xaricdəki soydaşlarımızı informasiya əsrində daha diqqətli, daha operativ şəkildə tarixi vətənin mənafeləri uğrunda həmrəylik göstərməyə səsləyib. Aksiyada həmçinin, bu gün Azərbaycanın inkişafına qısqanclıqla yanaşan, ölkəmizin imicinə xələl gətirmək istəyən müəyyən dairələrin apardığı çirkin kampaniyaya qarşı etiraz bildirilib və bu qüvvələrin öz məqsədlərinə nail ola bilməyəckələri bəyan edilib.

Aksiyada Parisdə yaşayan 50 nəfərdən artıq soydaşımız iştirak edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.