Siyasət

Moldovada yaşayan Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu səsvermədə iştirak edib - FOTO

11 Aprel 2018 18:50
Baxış: 732

Yerli vaxtla saat 17:00-a olan məlumata görə, Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində keçirilən səsvermədə həmvətənlərimizin 70 faizdən çoxu iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları da Moldovadakı səfirliyimizdə səs veriblər.

Qeyd edək ki, Rumıniyada konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının sayı az olduğundan onlar Moldovadakı diplomatik nümayəndəliyimizdə yaradılan seçki məntəqəsində səs verirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.