Siyasət

Azərbaycan Ordusunun şəxsi heyəti səsvermədə iştirak edir - FOTO

11 Aprel 2018 17:57
Baxış: 627

Azərbaycan Prezidenti seçkilərinin səsverməsində Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakının təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində aprelin 11-də səhər saatlarından səsvermə prosesi başlayıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, seçkilərin yüksək səviyyədə keçirilməsi və şəffaflığın təmin edilməsi üçün hərbi hissələrin ərazilərində fəaliyyət göstərən məntəqələrdə zəruri tədbirlər görülüb, qanunvericilik və seçki məcəlləsinin tələbləri tam yerinə yetirilib.

Çətin dağlıq ərazilərdə düşmənlə təmas xəttində yerləşən bölmələrdə döyüş növbəsində olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.