Siyasət

Mərkəzi Seçki Komissiyasında Avstraliya parlamentinin deputatları ilə görüş keçirilib

11 Aprel 2018 16:03
Baxış: 534

Aprelin 11-də Mərkəzi Seçki Komissiyasında (MSK) Avstraliya parlamentinin deputatları ilə görüş keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinin təşkili ilə əlaqədar görülən işlər, seçkiləri izləyən beynəlxalq və yerli müşahidəçilər və kütləvi informasiya vasitələri barədə məlumat verib. Sədr seçkilərdə şəffaflığın təmin edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, min seçki məntəqəsində veb-kameralar quraşdırılıb və bu da məntəqələrin 18 faizini əhatə edir. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdirilir.

Görüşdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kelli Kraiq Robert Azərbaycanda prezident seçkilərini müşahidə etməkdən məmnunluqlarını bildirib. O, seçkilərin yüksək səviyyədə təşkili ilə bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü işləri yüksək qiymətləndirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.