Siyasət

AŞPA-nın müşahidə missiyası artıq Bakıda

9 Aprel 2018 12:13
Baxış: 837

Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası artıq Bakıya gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə missiyanın tərkibində yer alan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞPA missiyasına 33 müşahidəçi daxildir.

Bildirək ki, aprelin 11-də AŞPA müşahidəçiləri səsvermə prosesini müşahidə edəcək. Aprelin 12-də isə Azərbaycanda keçirilən seçkilərin monitorinqi ilə bağlı mətbuat konfransı keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.