Siyasət

Avropadakı bəzi azərbaycanlıların ölkəmizə təzyiq cəhdlərini qınayırıq - Arzu Oqtay

4 Aprel 2018 16:19
Baxış: 1 563

"Son zamanlar Avropadakı bəzi soydaşlarımızın sosial şəbəkələrdəki təhqir dolu çıxışları, cağırışları Avropada, o cümlədən Finlandiyada yaşayan azərbaycanlıları da ciddi narahatlığına səbəb olub".

Bu barədə Milli.Az-a açıqlamasında Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədr müavini Arzu Oqtay bildirib.

Məsələ ilə bağlı xüsusi bəyanatla çıxış edən Arzu Oqtay qeyd edib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanda çox mühüm siyasi hadisə - prezident seçkisi ərəfəsində Avropadakı bəzi azərbaycanlıların müxtəlif üsullardan istifadə edərək ölkəmizə qarşı təzyiq göstərmək cəhdlərini qınayır:

"Hesab edirik ki, ölkəmiz üçün belə həssas bir məqamda xaricdə yaşayan hər bir azərbaycanlı çox diqqətli olmalı və hər hansı siyasi məsələyə etirazlarını normal şəkildə ifadə etməlidir. Etiraz aksiyası adı altında kimisə təhqir etmək, qeyri-etik ifadələr işlətmək heç bir hüquqa sığmır. Söyüş və təhqirə Avropa ölkələrinin də qanunlarında yol verilmir".

A.Oqtay bəyan edir ki, bu gün bəzi azərbaycanlıların Avropadakı fəaliyyətləri  apardığı daxili və xarici siyasətin uğurlu nəticəsi olaraq siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar qazanmış Azərbaycanın imicinə xələl gətirmək planının tərkib hissəsidir və bunun qarşısı mütləq alınmalıdır. 

İlkin İzzət

Mill.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.