Siyasət

"Siyasi mübarizə etik çərçivədən kənara çıxmamalıdır"

23 Mart 2018 18:40
Baxış: 685

"Bu gün ölkəmiz onsuz da erməni quldurları tərəfindən terrora məruz qalıb və torpaqlarımızın 20 faizi işğal altındadır. Belə bir məqamda hamılıqla düşmənlərimizə qarşı mübarizə aparmaq əvəzinə, təəssüf ki, bu gün virtual məkanda Azərbaycana qarşı xaricdəki müxtlif qruplar tərəfindən azərbaycanlıların vasitəsilə mənəvi terror gerçəkləşdirilməsinin şahidi oluruq".

Milli.Az SİA-ya istinadən xəbər verir ki, bu fikirləri "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sosial şəbəkədəki son statuslarına münasibətini bildirərkən yazıb.

Baş redaktorun fikrincə, artıq həyəcan təbili çalmağın vaxtıdır: "Çünki, siyasi mübarizə küçə söyüşləri və iyrənc təhqirlər səviyyəsinə endirilib. Dövlət maraqlarımıza, atributlarımıza qarşı yönəldilən, əxlaqi dəyərlərə sığmayan hücumlar dövlət məmurlarını, baş redaktorları, sadə jurnalistlərı, ziyalılar zümrəsini, bir sözlə, ictimai fəal şəxsləri narahat edir. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun son günlər narahatçılığı, sosial şəbəkələrdə yazdığı statuslar məncə bütün Azərbaycan xalqının rəyi və sifarişidir".

"Belə məsələlərdə kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq, tərəflər ümumdövlət, ümumxalq maraqlarına xatir etik çərçivəni gözləməli, ehtiyac olarsa sağlam polemika və dialoq çərçivəsində ortaya çıxan problemləri həll etməlidirlər", - deyə qeyd edən Bəhruz Quliyev sonda qeyd edib ki, dövlətinə, xalqına və ailəsinə hörmət edən hər kəs bu iyrəncliklərə reaksiya verməlidir: "Bu isə düşmən qüvvələri sevindirir və xalqımızı mənəvi sarsıntıya məruz qoyur. Məncə siyasi mübarizə etik çərçivədən kənara çıxmamalı və bunlar çözülməlidir...".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.