Siyasət

Söyüş və təhqir küçə psixologiyasının məhsuludur - RƏY

23 Mart 2018 17:54
Baxış: 851

Milli.Az SİA-ya istinadla yazını təqdim edir:

Həyatımızın mühüm bir hissəsi olan ənənəvi media ilə yanaşı, elektron KİV, xüsusilə də sosial media və sosial şəbəkələr sürətlə inkişaf edir. Hətta dünyanın süpergüc dövlətlərində belə siyasi kampaniyalar zaman sosial şəbəkələr mühüm faktor kimi çıxış edir. Azərbaycan da beynəlxalq birliyin mühüm bir tərkib hissəsi kimi bu inkişafdan özünə pay götürür. Artıq ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı kifayət qədərdir.

Sosial şəbəkələr artıq siyasi arenada özünə yol açaraq geniş polemika, müzakirə meydana çevrilib. Təbii ki, bu vasitədən düzgün, yerində və əxlaq çərçivəsində istifadə etdikdə daha effektli və təsirli olur. Təəssüf ki, bir neçə müddətdir ki, şəxsi ambisiyalarının əsirinə çevrilmiş bəzi insanlar bütün "sərhədləri" aşaraq heç bir əxlaq, etik normalara sığmayan fikirlər səsləndirir, mübarizə üsulunun ən "axırıncı yoluna" əl atırlar.

Qeyd etdiyimiz kimi, sosial şəbəkələr həyatımızın mühüm bir parçasına çevrilib. Bu virtual məkandan yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq hər kəs öz fikir və düşüncələri, dünya görüşü və tələbatına uyğun istifadə edir. Bu mənada hər bir istifadəçi virtual da olsa ictimaiyyət arasında olduğunu unutmamalı, paylaşdığı fikir və düşüncələrinə diqqət yetirməlidir. Təəssüf ki, qeyd etdiyimiz bir qrup insan bütün milli, mənəvi dəyərlərin üstündən xətt çəkərək dövlətə, onun dəyərlərinə, dövlət rəsmilərinə qarşı çirkin kampaniya aparırlar. Sözsüz ki, bu, yolverilməzdir. Söyüş və təhqir küçə psixologiyasının məhsuludur və heç kimə başucalığı gətirmir. Ona görə də bu cür ünsürlərə qarşı ciddi şəkildə mübarizə aparmalı, bütün platformalarda, eyni zamanda virtual məkanda etik normalara əməl etməklə onlara lazımı cavab verməliyik, sivil mübarizə üsulunu aşılamalıyıq.

Vüqar Rəhimzadə,
"İki Sahil" qəzetinin baş redaktoru,
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.