Siyasət

"Qürbətdə Azərbaycan olmaq çətindir dostlar"

21 Mart 2018 21:05
Baxış: 1 235

"Sosial şəbəkələrdə baş verənləri, münasibətləri, şəkilləri, oyuncaq videoları bir çox hallarda qeyri-maddi aktiv kimi dəyərləndirmək lazımdır. Çünki onlara çox bir zaman əlimizlə toxunmuruq". Milli.Az bildirir ki, bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Onun sözlərinə görə, şəxsi olan infoların şəxsləri tanıdığımız qədəri ilə real (maddi aktiv) olduğuna inanmaq olar: "Buna tam şəkildə əmin olun ki, sosial şəbəkədə gördüyünüz Avropadakı Azərbaycanlılar mövzusu tam şəkildə təzahüratdır. 20 ilə yaxındır Avropada yaşayan Vətəni üçün, vətəndaşı üçün canından keçməyə hazır olan minlərlə Azərbaycanlılar var. Halbuki onlar 15 il bundan öncə artıq Avropa vətəndaşı idi. Onlar harasa yürüyüşə, mitinqə çıxsa bəzilərinizin səsi belə eşidilməyəcək. Bu gün Vətəndən kiminsə gəldiyini eşidərkən, kiminsə barmağı incidiyini duysa əlindən gələni etməyə hazır olan mərd insanlarımız var. Bu insanlarda olan bir az Vətən, millət sevgisi kaş ki "bəzilərində" də olsa idi. Bir neçə gün ərzində bizə yaxından dəstək olan bütün dostlara təşəkkür edirəm, göstərdikləri diqqətdən dolayı minnətdarlığımı ifadə edirəm. Qürbətdə Azərbaycan olmaq çətindir dostlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.