Siyasət

"İlham Əliyev hər günümüzü tarixə çevirməkdədir"

21 Mart 2018 20:55
Baxış: 1 027

"Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderimiz Heydər Əliyev idisə, respublikamızı dünya səviyyəli çiçəklənən ölkəyə çevrilməsində əvəzsiz rolu olan şəxsiyyət Ulu Öndərimizin siyasi-fəlsəfi dövlətçilik məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyevdir. İlham Əliyev Baş nazir və sonralar Prezident kimi ölkəmizə rəhbərlik etdiyi hər gün Azərbaycan tarixinin əvəzsiz səhifələr formasında qızıl hərflərlə çağdaş milli sivillizasiya tariximizə həkk olunur". Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında Kitabxana.net portalı - Milli Virtual Kitabxananın yaradıcısı-rəhbəri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, sosial-mədəni yönumlu ultra-modern bir dövlətçilik islahatlarının başında durmaqla İlham Əliyev zəmanəmizin dünya siyasi elitasında özünəməxsüs yer tutur: görkəmli dövlət xadimi kimi o, intellektual-kreativ addımlarıyla bir çox ölkə siyasilərinə örnək olacaq qlobalmaştablı, planetar əhəmiyətli demokratik-siyasi modellər yaratmaqla tədqiqatçıların heyrətinə səbəb olur: "Bir milyonluq qaçqın, bir o qədər təqaüdçü, ondan da çox uşaq-yeniyetmə, əhalinin yarıdan çoxunu təşkil edən gənclər, yüzminlərlə əlil və xəstə vətəndaşlar, sosial durumu zəif olan onminlərlə ailələrin dayağı kimi çıxış edən Prezident İlham Əliyevin apardığı iqtisadi-siyasi, sosial-mədəni islahatların mahiyyətinə varanda, ilkin vaxtlarda bir çoxları tərəfindən anlaşılmayan proseslər illər keçdikcə, öz mənasını real nəticələrlə daha qabarıq, əyani surətdə sübut edir.

Son 10-15 ildə salınan yeni yol infrastrukturu, körpülər, dəmir yolları, neft-qaz kəmərləri, geniş traslar, təzə tikilmiş gəmiqayırma zavodumuzda istehsal edilən gəmilər, milli əhəmiyyətli proqramların reallaşdırılması, cəmiyyətin müxtəlif sahələrini təmsil edən insanların sosial-məişət problemlərinin həlli ilə bağlı atılan ciddi, nəhəng addımlar, ipoteka proqramları, QHT-lərə, KİV-lərə, gənclər təşkilatlarına, dini qurumlara ayrılan milyonlarla vəsait, Elm fondu, Təhsil fondu, Sahibkarlar yardım fondu, İnternet fondu, Aqrolizinqlər və s. yeni formatlı fəaliyyət istiqamətləri dediklərimizə sübutdur.

Bu gün aparılan mədəni-sosial siyasətin növbəti əlamətdar hadisəsi ilə Prezident İlham Əliyev tariximizə qızıl səhifə yazdı. 22 iyul Milli Mətbuat günü münasibəti ilə 255 KİV nümayəndəsinə Prezidentimiz tərəfindən yeni tikilmiş hündürmərtəbəli yaşayış binasında fərdi mənzillər bağışlandı. 255 ailənin ocağını yenidən yandıran ölkə başçısı o evlərin ərməğan etdiyi jurnalistlərin siyasi, dini, etnik, hətta müxalifdüşüncəli olmasının fərqinə varmadı, ehtiyacı olan layiqli namizədləri və onların çoxsaylı ailə üzvlərinin ürəklərin fərəhlə doldurdu.

Nədənsə jurnalistlərə mənzil bağışlananda bəzi gerizəkalılar o dəqiqə İnternet divlərinə çevrilərək düşürlər sosial şəbəkələrdə bəxti açılmış qələm sahiblərini qınamağa, ağzına, olmayan ağlına gələnləri yazmağa başlayırlar. Ölkə Prezidenti alimlərə, yazıçılara, sənətçilərə, incəsənət xadimlərinə, idmançılara, hərbiçilərə, qaçqınlara dövlət hesabına evlər ərməğan edir və vurğuladığımız kimi, bu sosial-mədəni siyasətimizin ayrılmaz hissəsidir. Fəqət növbə dördüncü hakimiyyət nümayəndələrinə, qələm əhlinə, söz azadlığı qəhrəmanlarına çatanda qaraniyyətlilərin bütün nifrəti üzə çıxır.

İstənilən halda cənab Prezidentimiz öz ədalətli, uğurlu, sosialyönümlü daxili siyasətini davam etdirməkdədir və jurnalistlər üçün üçüncü yaşayış binasının tikilməsinə başlamasını da məhz bu aktual sosial layihələrin davamlı olaraq aparılmasını göstərir.

İllərlə fərdi mənzilin növbəsinə duran 20 ilin KİV nümayəndəsi olaraq mənim də ailəmə sonsuz sevinc bəxş edən cənab Prezident İlham Əliyevə minnətdarlıq hisslərimi bir ifadə ilə bildirmək istəyirəm: adi vaxtı tarixə, zamanı çevirən belə dövlət başçısı ilə fəxr edirik! Yaşasın cənab Prezidentimiz İlham Əliyev, Azərbaycanımıza və xalqımıza eşq olsun".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.