Siyasət

"Aprelin 11-də keçiriləcək prezident seçkiləri ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq"

21 Mart 2018 20:35
Baxış: 1 005

"Azərbaycanda seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilib. Şübhəsiz ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri də ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq". Milli.Az yap.org.az-a istinadən bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var.

"Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Həqiqətən də bu gün Azərbaycan istər seçki qanunvericiliyi, istərsə də seçki mədəniyyəti və demokratik şəraiti ilə bir çox Avropa ölkələrini də geridə qoyur. Hətta seçkiləri müşahidə edən bir sıra dövlətlərin nümayəndələri ölkəmizdə keçirilən seçkini öz ölkələri ilə müqayisə edib, üstünlüyü Azərbaycana verir. Bu isə Azərbaycan dövlətinin şəffaf və demokratik seçki keçirmək baxımından güclü siyasi iradəsinin olduğunu göstərir. Bununla yanaşı, mütərəqqi Seçki Məcəlləsi ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabər mübarizə imkanı yaradıb. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə, namizədlərə bərabər imkanlar yaradılır. Bu baxımdan qarşıdan gələn prezident seçkilərinin də azad və ədalətli keçiriləcəyi şübhəsizdir", - deyə deputat vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.