Siyasət

Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir - Anna Maria Rozek

20 Mart 2018 17:14
Baxış: 1 062

Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir. Bu, beynəlxalq qanunları qəbul edən, onlara riayət edən bir ölkə üçün təbii haldır. Ümumiyyətlə, Azərbaycan yüksək həyat standartları olan sabit ölkədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri "sechki-2018.az" saytına açıqlamasında Varşava Şəhər Şurasının ən gənc üzvü, beynəlxalq hüquq üzrə ekspert Anna Maria Rozek bildirib.

Ekspert qeyd edib ki, prezident seçkiləri hər bir ölkə üçün tarixi hadisədir. "Məhz bu seçkilər müəyyən edir ki, ölkə siyasi və iqtisadi baxımdan necə inkişaf edəcək, beynəlxalq əlaqələrini necə quracaq. Şübhəsiz ki, Azərbaycandakı prezident seçkiləri də ölkənin gələcəyini müəyyən edəcək, gələcək inkişafa istiqamət verəcək", - deyə Anna Maria Rozek vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.