Siyasət

Çavuşoğlu Azərbaycana gəlir

19 Mart 2018 20:25
0 Şərh     Baxış: 776

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək.

Milli.Az APA-ya istinadən bildirir ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq.

Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil.

Xatırladaq ki, M. Çavuşoğlu martın 15-də Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşündə və VI Qlobal Bakı Forumunda iştirak edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.