Siyasət

Braziliyada Azərbaycan - Qoyas Biznes Forumu keçirilib - FOTO

17 Mart 2018 20:16
0 Şərh     Baxış: 499

16 mart 2018-ci il tarixində, Braziliyanın Qoyas Ştatının paytaxtı olan Qoyaniya şəhərində, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi, Qoyas Ştatının Qubernatorluğunun dəstəyi ilə, Ştatın Sənayeçiləri Federasiyasının binasında Azərbaycan - Qoyas Biznes Forumu keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, biznes forum zamanı, Ştatın Sənayeçiləri Federasiyasının vitse prezidenti Flavio Falkao tərəfindən Qoyas Ştatının investisiya potensialına dair geniş video çarx nümayiş etdirildikdən sonra, Səfir Elxan Poluxov tərəfindən, Azərbaycan Respublikasının investisiya potensialı, ölkənin xaricdəki sərmayeləri, müstəqillik illərindən bu günə dək əldə edilmiş siyasi və iqtisadi uğurlar, regional və qlobal miqyaslı layihələr, eləcədə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin nailiyyətləri və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair etraflı təqdimat keçirilib.

Tədbirdə, Ştatın kənd təsərrüfatı, əczaçılıq, ətçilik, dənli bitkilər və ticarət üzrə federasiyalarının rəhbərləri işitrak etib və Səfir Elxan Poluxov tərəfindən onların müxtəlif sualları cavablandırılıb.

Qeyd edilir ki, əhalisi 7 milyon olan, və ümumdaxili məhsulu 55 milyard ABŞ dolları təşkil edən Qoyas Ştatı, çox sahədə ölkənin aparıcı 3 Ştatı siyahısındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.