Siyasət

Erməni ekspertdən sərt tənqid: - "Ermənistan bir əski parçasıdır…" - VİDEO

16 Mart 2018 22:29
5 Şərh     Baxış: 1 969

"Vladimir Putinin seçkiqabağı kampaniyasında canfəşanlıq edən, hətta zurna çalaraq ətrafdakıları şənləndirən ermənilər seçki günündə də eyni ssenarini təkrarlamaq niyyətindədirlər". Milli.Az bildirir ki, bu sözləri müstəqil erməni ekspert Arbak Xaçatryan Ermənistanın 1in.am saytına müsahibəsində deyib. O, ermənilərin bu hərəkətlərini yaltaqlıq adlandırıb. Arbak Xaçatryan Rusiyaya yalnız ailə dolandırmaq məqsədilə gedən ermənilərin pul hərisinə çevrildiklərini və sırf Ermənistanda hökm sürən xaos vəziyyətinə qayıtmamaq naminə hər cür addıma atmağa hazır olduqlarını deyib.

"Əgər sən əski parçasısansa, kimin əlində olmağının nə fərqi var?" Bunu Moskvada yaşayan müstəqil erməni ekspert Arbak Xaçatryan deyib. O, Ermənistanın "1in.am" saytına müsahibəsində ölkəsində baş verən özbaşınalıqları bütün çılpaqlığı ilə etiraf edib və Ermənistanı iqtisadiyyatı olmayan, dövlət institutları fəaliyyət göstərməyən, qeyri-legitim addımlar atan ölkə adlandırıb.

Xaçataryan hesab edir ki, Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb. Onun fikrincə, Rusiya özünə güclü və etibarlı partnyor tapıb və artıq neçə illərdir məhz Azərbaycanla əməkdaşlıq edir. O, Ermənistanı bir tərəfdaş olaraq narkoman və əyyaşla müqayisə edib.

Arbak Xaçatryan ümumiyyətlə erməni icmasının mövcudluğunu sual altına alaraq, ailələrini Ermənistanda qoyub Rusiyaya işləməyə gedən ermənilərin hansısa ideoloji qərar vermək qabiliyyətinə şübhə ilə yanaşdığını bildirib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Erməni ekspertdən sərt tənqid: -

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.