Siyasət

Rusiya XİN Saakyanın ABŞ-a səfərini şərh etdi

15 Mart 2018 12:48
1 Şərh     Baxış: 2 234

Rusiya Xarici İşlər Nazirliyi separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın ABŞ-a səfərini şərh edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin "Bako Saakyanın gələcəkdə Moskvaya səfərinin mümkünlüyünü necə görürsünüz" sualına cavab olaraq deyib ki, indiki halda bu sualı ABŞ tərəfinə yönəltmək lazımdır.

"O ki qaldı Rusiya tərəfinə, məndə belə səfər barədə məlumat yoxdur. Deyə bilərəm ki,  biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öhdəliklərimizə sadiqik və bu çox çətin problemin həll olunmasına aktiv yardım edirik", - deyə M. Zaxarova bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.