Siyasət

Fikriniz nədir, ermənilərin başını sığallayım? - Akademik hiddətləndi

14 Mart 2018 23:53
2 Şərh     Baxış: 1 531

Bu gün Tarix İnstitutuna qara yaxanlar var. Feysbukda, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

"Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımlarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər. Bizə, tarixçilərə qarşı yürüş təşkil etməyin, bizə qarşı onsuz da səlib yürüşü var", - deyə akademik söyləyib.

O qeyd edib ki, terror təşkilatlarını böyük dövlətlər yaradır:

"Düşünürəm ki, tarixdən, tarixi hadisələrdən, o cümlədən Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır. 24 ildir ki, BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var".

Y.Mahmudov əlavə edib ki, bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir: "Terrorun islamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var. Soyqırımlar, terror xaç yürüşləri zamanı Avropadan başlayıb. Böyük coğrafi kəşflər zamanı Avropadan yürüdülən siyasət nəticəsində Amerika və Asiyanın qədim xalqları məhv edilib və dünyanın bir çox xalqları yer üzündən silinib. İki Dünya müharibəsi Avropadan başlayıb. Avropa faşizmin vətənidir, ilk faşist rejimləri orada yaradılıb, antisemitizmin vətəni Avropadır və bu gün də İslama qarşı bütün hərəkatlar Avropadan başlayır".

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tovuzlu E · 15 Mart 00:0260

    O orda burda agiz eyen bedxahlar ermeni esillilerdi Xocalida yasananlar unudulacaq ve bagislanacaq sey deyil

    Cavab yaz
  • Anonim
    Ibrehim · 15 Mart 09:4430

    Bele manqurdlar ordumuza da sirayet edibler, ermeniler bizim esgerlere aman vermediyi halda bizim komandirlerin ermenilere nedense yazigi gelir, bele davranish bir nece defe sosial shebekelerde ishiqlandirilib.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.