Siyasət

İranlı nazir Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə çağırıb

14 Mart 2018 16:48
Baxış: 513

Azərbaycan və İran arasında əlaqələrin genişləndirilməsi iki ölkənin maraqlarının qorunmasına kömək edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Həsən Haşimi Tehranda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə deyib.

İranlı nazir qeyd edib: "Ölkələrimizin təhlükəsizlik və iqtisadiyyat sahələrində gələcək və cari maraqları əməkdaşlığın artırılmasından asılıdır. Bunun üçün müxtəlif imkanlar var".

Əczaçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsinə çağıran H.Haşimi bildirib ki, Ərdəbil, Təbriz və Urmiya şəhərlərindəki tibb universitetləri Azərbaycanla əməkdaşlığa hazırdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.