Siyasət

"Əslində müxalifət özünü boykot edib"

14 Mart 2018 16:55
Baxış: 466

Ümumiyyətlə, müxalifət özünü neçə illərdir ki, siyasətdən kənara qoyub. Onlar siyasətdən başqa hər şeylə məşğuldurlar.

Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu insanların başlıca fəaliyyəti prezidentimizin parlaq fəaliyyətinə qara yaxmaq, şər-böhtan atmaq, Azərbaycan dövlətinin inkişafından qısqanclıq hissləri keçirməkdir: "Yəni onların başqa siyasi fəaliyyəti yoxdur. Bu qüvvələr siyasi nəzəriyyələrdə nəzərdə tutulan kimi fəaliyyət göstərmirlər. Ən acınacaqlısı isə özlərini siyasətdən boykot ediblər.

Əslində, onlar heç boykot sözünün mənasını da bilmirlər. Əgər onlar, sözün həqiqi mənasında, boykot etsəydilər, onda gərək seçkilər baş tutmazdı. Bu qüvvələr o qədər cılızdırlar ki, cəmiyyətin, seçicilərin dəstəyindən o qədər məhrum olublar ki, onlar bütün seçkiləri uduza-uduza gəlirlər. Təkcə seçkiləri deyil öz tərəfdarlarını da itirə-itirə gəlirlər. Liderlər və onların ətrafında 5-10 nəfər dostlarından, yaxınlarından başqa heç kəs yoxdur. İctimai, siyasi təsir gücünə malik ola bilməyən qüvvələr hansı boykotdan danışa bilərlər".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.