Siyasət

Orduxanların pulunu Leyla Yunus verir - FOTO

14 Mart 2018 16:16
Baxış: 2 702

Sosial şəbəklərdə son vaxtlar Orduxan Bəbirov, M.Mirzəli və s. təki bloqer"lərin qəflətən Azərbaycanın ünvanına hədyan kampaniyasına başlamaları, onların belə "fəal" olmaları səbəbsiz deyil.

Onlar demokratiyadan, insan haqlarından, müstəqil düşüncədən çox danışırlar. Lakin bir adam tərəfindən idarə olunduqları aydındır.

Həmin şəxs, daha doğrusu, səs-səsə verərək Azərbaycanı hədəfə alan "bloqer"lərin ara vermədən təhqirlər və böhtanlar ifraz etmələrinin sifarişçiləri bəllidir.

Sifarişçilərlə "aktyor"lar arasında vasitəçi rolunu isə bədnam Leyla Yunus oynayır.

Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli Facebook səhifəsində də Avropada yaşayan soydaşlarımıza xitabən bunu təsdiqləyib.

O yazıb: " Bu "diktatoru tanıdaq" kimi axmaq aksiyanın layihə müəllifi Leyla Yunusdur. Bu aydın məsələdir. Bu yaxınlarda Leyla Yunus "siyasi məhbuslara yardım" layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94000 EUR qrant alıb, bir soruşun, hansısa siyasi məhbus ailəsinə ordan 10 avro veribmi?!. Çalışın, bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllalar pul qazanırlar! Bu aksiyaya qoşulanlardan isə soruşuram: - Leyla Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı? Amma 5000 km uzaqdan camaata tırka verməyi gözəl bacarırsınız... Əhsən!

P.S.: Leyla Yunus EED-dən də (European Endowment for Democracy) 60.000 avro kitabı üçün qrant alıb... (guya həbsdə olarkən Yunuslara verilən işkəncələr haqqında "xatirə dəftəri" və s. İstisnasız bütün hüquq müdafiəçiləri bilirlər ki, bunlara heç bir işkəncə verilməyib)... Siz də metroya, avtobusa 20 qəpik dərdi çəkin... Camaat "xatirə dəftəri" üçün 120 min manat qrant alır ey..."

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.