Siyasət

Azərbaycan İsraildən silah alan ölkələr arasında ÜÇÜNCÜ olub

14 Mart 2018 15:51
0 Şərh     Baxış: 1 068

Azərbaycan İsrail hərbi texnikasının ən iri alıcılarından biridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzetində dərc olunan məqalədə qeyd olunub.

Məqalədə bildirilir ki, Azərbaycan İsraildən silah alan ölkələr arasında üçüncü yerdə qərarlaşıb:

"2017-ci ildə Azərbaycan İsraildən 137 milyon dollar həcmində hərbi texnika əldə edib. 2016-cı ildə bu rəqəm 248 milyon dollar təşkil etmişdi".

İsraildən ən çox hərbi texnika alan ölkələr arasında ilk üçlükdə həmçinin Vyetnam və Hindistan yer alıb.

Hindistan İsraildən silah tədarük edən ən böyük alıcı sayılır. 2017-ci ildə Hindistan İsraildən 715 milyon dollar dəyərində silah alıb.

İkinci yerdə Vyetnam qərarlaşıb. Vyetnam isə 2017-ci ildə İsraildən 142 milyon dollar dəyərində silah alıb.

Qeyd edək ki, növbəti siralarda müvafiq olaraq ABŞ, Rusiya, Fransa və Almaniya qərarlaşıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.