Siyasət

"Seçkiləri izləmək üçün Avropa Parlamentinə müraciət edilməyib" - Fuad Muradov

14 Mart 2018 12:02
Baxış: 680

Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb.

Məlumatda bildirilir ki, guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.

Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.

Milli.Az xəbər verir ki, bununla bağlı modern.az saytı Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla əlaqə saxlayıb. O bildirib ki, qeyd edilən məlumatların heç bir əsası yoxdur: "İlk növbədə, bu günə qədər Azərbaycan tərəfinin müraciət etdiyi beynəlxalq təşkilatların hər biri ölkəmizdə keçirilən istənilən seçkilərdə iştirak edib. Lakin Azərbaycan növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinə müraciət etməyib.

Buna görə də məlumat yayanlar yanlışlığa yol verirlər. Əgər məsələni dəqiqləşdirmək istəyirlərsə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə müraciət edə bilərlər. O zaman səhvə yol verdiklərini bir daha anlayacaqlar".

Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcəklər.

Azərbaycanda prezident seçkilərin aprelin 11-nə təyin olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.