Siyasət

"Türkiyə və Azərbaycanın əməkdaşlığı bütün regionun inkişafına yönəlib"

14 Mart 2018 10:23
Baxış: 551

Türkiyə və Azərbaycanın əməkdaşlığı bütün regionun inkişafına yönəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfəri ərəfəsində deyib.

Baş nazir bildirib ki, Bakı və Ankara arasında münasibətlər regionun təhlükəsizliyinin təmin olunmasına da istiqamətlənib.

O qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində bir sıra məsələlər, həmçinin Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

B.Yıldırım əlavə edib ki, səfər zamanı regional məsələlər barədə fikir mübadiləsi də aparılacaq.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumu keçiriləcək. Forumda bir sıra dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.