Siyasət

"Təsadüflərə" sığınan müxalifət: Onların hər addımı ermənilərin maraqları ilə sinxronlaşır - VİDEO

13 Mart 2018 21:02
Baxış: 1 047

Radikal düşərgə təmsilçilərinin Azərbaycanı dünyada nüfuzdan salmaq cəhdləri nədənsə milli maraqlar ətrafında daha sıx birləşmək zərurəti yaranan vaxtlara təsadüf edir. Əgər buna təsadüf demək olarsa. Xocalı soyqırımı ərəfəsində avropada ölkənin əleyhinə təbliğat aparan bu şəxslər indi də Amerikadakı səfiriliyimiz qarşısında aksiya keçirmək fikrinə düşüblər. Özü də separatçı rejimin rəhbəri Bako Saakyanın ABŞ-da Senatda görüşlər keçirdiyi gündə və eyni saatda.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, separatçı rejimin rəhbəri Bako Saakyanın Vaşinqtona səfərinə görə Rəsmi Bakı ABŞ-a nota verir, özünü azərbaycanlı adlandıran ünsürlər isə Saakyanın senatda görüşünün keçiriləcəyi günə hətta həmin saata Azərbaycanın bu ölkədəki səfirliyin qarşısında mitinq keçirilməsi üçün çağırış edir. Bu qədər təsadüf ola bilərmi? Əgər kimlərsə bunun təsadüf olması kimi absurd bəhanələr səsləndirəcəksə onda zəhmət çəkib bu suallara da aydınlıq gətirsin.

Olmazdımı ki, Azərbaycanın milli maraqları naminə həmin vaxt mitinq elə separatçı rejimin rəhbərin görüşlərinin nəzərdə tutulduğu senatın qarşısında keçirilsin? Adları indiyədək ictimayətə məlum olmayan, indi isə sosial şəbəkələrdə dırnağarası qəhrəmanlara çevrilən bu şəxslər bir müddət əvvəl Azərbaycanın işğal altında olan torpaqlarınıdakı abidələrin ermənilər tərəfindən dağıdılmadığını bəyan etmişdi. Nə qəribə təsadüfdür ki, onlar bunu məhz Xocalı soyqırımının ildönümü ərəfəsində demişdi.

İndi məhz bu şəxlsərdir ki, Azərbaycan səfirliyinin önündə Azərbaycan əleyhinə mitinq çağırışı edirlər. Bununla bağlı sosial şəbəkələrdə komediya filmlərini xatırladan elanlar yerləşdiriblər. Diqqət çəkən məqam isə budur ki, elanlarda bildirilir ki, iştirak edənlərə maskalar paylanacaq. Ona görə ki, iştirakçıların kimliyi bilinməsin. Özlərinin maskaları düşən bu şəxslər görəsən kimləri gizlətməyə çalışırlar? O maskaların arxasındakıların hamısı doğurdanmı azərbaycanlılar olacaq? Yoxsa birdən təsadüfən o maskaların arxasından da ermənilər çıxa bilər.

Axı biz belə dırnaqarası təsadüflərin çox şahidi olmuşuq. Məsələn Əli Kərimlinin oğlu Türkel Kərimli 2016-cı ildə ABŞ Konqresinin Tom Lantos adına insan haqları komissiyasında Azərbaycan əleyhinə dinləmələrdə Bako Saakyanın oğlu Armen Saakyanla eyni cəbhədən çıxış etmişdi. Əli Kərimli isə buna təsadüf demişdi. Ermənistanın maraqları ilə bu qədər sinxronlaşan təsadüflər sizə də qəribə görünmürmü?

Atası Bakıda mitinq keçirib korrupsiyadan dən vurub, boykot çağırışları etdiyi 10 mart günü oğlunun Londonda növbəti eyşi işrət məclisi düzəldib pul sovurması isə əməlli başlı təsadüfdür. Çünki hələ Əli Kərimli oğlunun o pulları hardan almasına aydınlıq gətirməkdə çətinlik çəkdiyi bir vaxtda Türkelin bu həyat tərzinə davam etməsinə başqa bəhanə tapmaq olmaz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.