Siyasət

Deputat: Ermənistan işğalçılıq siyasəti nəticəsində özü özünü təcrid edib

13 Mart 2018 17:47
Baxış: 775

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bütövlükdə özü özünü təcrid edib.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, ermənilər monoetnik bir dövlət yaradıb və terrorizmə dəstək verir, Azərbaycanın işğal olunmuş ərazilərində də terroçular yetişdirirlər:

"Ona görə də heç bir beynəlxalq qurum və qonşu dövlət Ermənistanla birgə iri layihələrdə iştirak etmir və işğalçılıq siyasəti dayandırılmayana, Azərbaycan əraziləri işğaldan azad edilməyənə qədər Ermənistanla heç kim əməkdaşlıq etməyəcək".

Deputat vurğulayıb ki, digər tərəfdən, Ermənistan iqtisadi baxımdan da cəlbedici ölkə deyil: "Ermənistan SSRİ dövründə sovet büdcəsi hesabına, sonra da başqalarının yardımı ilə yaşayıb. Azərbaycan isə bu gün Cənubi Qafqazın iqtisadi potensialının 75 faizinə malikdir və ona görə də Ermənistanın gələcək taleyi yalnız Azərbaycandan asılıdır. Ermənilər nə qədər tez bunu dərk etsələr, bir o qədər normal yaşaya bilərlər, amma hələki Ermənistanın başında bu faşist rejimi dayanır, onlar heç vaxt irəli getməyəcəklər".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.