Siyasət

Siyasi şou ustası

13 Mart 2018 16:50
Baxış: 820

Yaxud Əli Kərimlinin "şou proqramları" niyə tamaşaçı sarıdan kasad olur?

Milli.Az olaylar.az-a istinadən yazını təqdim edir.

Uzun illərdir dövlət, dövlətçilik əleyhinə fəaliyyət göstərən radikal müxalif düşərgə yenə öz ampluasındadır. Söhbət prezident seçkiləri ərəfəsində ölkədə siyasi gərginlik yaratmaq, seçki prosesinə mane olmaq, bununla da ümumilikdə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə, nüfuzuna zərbə vurmaqdır. Daha doğrusu radikallara verilən tapşırıq bundan ibarətdir. Bir neçə gün əvvəl Milli Şura adlanan qurumun "Məhsul" stadionunda təşkil etmiş olduğu uğursuz aksiya da məhz buna hesablanmışdı. Hələ mitinqdən əvvəl belə bir məlumat yayılmışdı ki, aksiyanın daha aktiv iştirakçılarına mitinq zamanı süni gərginlik yaratmaq, polislə qarşıdurmaya getmək kimi təlimatlar verilmişdi. Həmçinin mitinqdən əvvəl sosial şəbəkələrdə radikal düşərgə tərəfdarlarının insanların, vətəndaşların heysiyyatı ilə oynayan fikirlər səsləndirməsi, aksiyada iştirak etməyənlərin aşağılanması, təhqir olunması bütün bunların tərkib hissəsi idi. Qeyd etdiyimiz kimi edilən cəhdlərdə əsas məqsəd siyasi gərginlik yaratmaq idi.

Əldə etdiyimiz məlumata görə, insanları sosial şəbəkə vasitəsilə aşaılamaq, bununla vətəndaşlar arasında qarşıdurma yaratmaq təlimatını tərəfdarlarına birbaşa AXCP sədri Əli Kərimli verib. AXCP sədrinin qurduğu plan ondan ibarət olub ki, sosial şəbəkə vasitəsilə insanlara edilən təhqirlər cavabsız qalmayacaq və nəticə etibarilə bu insanlar arasında qarşıdurmayla nəticələnəcək. Vəziyyət o qədər kritik hal alacaq və proseslər arzuedilməz məcraya yönəcək ki, situasiyanı yoluna qoymaq üçün hüquq-mühafizə orqanları prosesə müdaxilə etməli olacaq. Vu bu zaman Əli Kərimlinin pusquda duran əlaltıları kameralarını işə salıb çəkiliş aparacaq, Azərbaycanda seçkiqabağı polis zorakılığının olduğu barədə dünyaya daha bir yalan, böhtan, heç bir əsli olmayan informasiya sızdıracaqlar.

Mənbə bildirir ki, bu prezident seçkiləri ərəfəsində Əli Kərimlinin ölkədə süni gərginlik yaratmaq üçün əl atdığı ikinci cəhddir. Mənbə qeyd edir ki, bir müddət əvvəl, Xocalı soyqırımının ildönümü ərəfəsində Ana Harayı abidəsini ziyarət zamanı da Əli Kərimli eyni cəhddə bulunub. AXCP sədrinin ziyarət əsnasında abidə qarşısında çıxış etməsi, ona bununla bağlı irad bildirənlərə məhəl qoymaması məhz qarşıdurma yaratmağa hesablanmışdı. Məlumdur ki, faciə günü gün ərzində yüz minlərlə insan abidəni ziyarət etməyə gəlir və orada hər kəsin bir neçə dəqiqə yubanması böyük bir tıxaca səbəb olur. Əli Kərimlinin bunu aydın bildiyi halda 30 dəqiqəyə yaxın bir müddətdə abidənin yaxınlığından çəkilməməsi və şou xarakterli çıxış etməsi məhz onun vətəndaşlar arasında qarşıdurma yaratmaq istəyindən irəli gəlirdi. Güman edirdi ki, onun bu qeyri-etik, insanlara nümayiş etdirdiyi hörmətsizliyə polis müdaxilə edəcək və bununla da proseslər hər zaman arzusunda olduğu xaos, anarxiya yaranması istiqamətində cərəyan edəcək. Ancaq hüquq-mühafizə orqanları və vətəndaşların nümayiş etdirdiyi təmkin AXCP sədrinin planınən baş tumaması ilə nəticələndi. Qeyd edək ki, Əli Kərimli eyni şounu hələ 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində, Şəhidlər Xiyabanını ziyarət edərkən də nümayiş etdirmişdi. Ancaq həmin ərəfədə də radikal düşərgə liderinin planı alınmadı.

Göründüyü kimi əli hər yerdən üzülən Əli Kərimli yalnız şou yaratmaqla gündəmə gəlməyə çalışır. Təsadüfi deyil ki, hətta yaxın müttəfiqləri arasında Əli Kərimli məharətli siyasi şou ustası kimi xarakterizə edilir. Lakin bunu da bacara bilmir. Səbəbi isə sadədir. Çünki artıq hər kəs Əli Kərimlinin hansı əqidə, istək sahibi olduğunu bilir və bu səbəbdən cəmiyyət olaraq heç kim AXCP sədrinin siyasi oyunlarına qoşulmur. Ona görə də AXCP sədrinin qurduğu oyunlar bumeranq effekti verərək onun özünə sarı qayıdır. Hər halda sosial şəbəkədə mitinqə çıxamayan vətəndaşları təhqir edən bir gəncin sonradan öz əməlindən peşimançıllıq keçirərək Azərbaycan xalqından üzr istəməsi bunun əyani sübutudur. Şübhə yoxdur ki, bir müddət sonra həmin gənc təlimatın məhz Əli Kərimlidən aldığını da etiraf etməsin. Çünki Əli Kərimli tərəfindən istənilən addımın atılması gözləniləndir Bu adam hakimiyyətə gəlmək üçün hətta ermənilərlə belə işbirliyinə getmək iqtidarındadır. Yaxın tarixdə əyani şahidi olduğumuz proseslər belə deməyə əsas verir.

Amma bütün bunlar onu deməyə əsas vermir ki. AXCP sədri etdiyi cəhdlərdən bezib, tükənib. Əksinə Kərimli hər gün yeni-yeni axtarışdadır ki, daha hansı effektli addım atıb şou yaradar ki, istədiyinə nail olsun. Yəqin yaxınlarda AXCP sədrinin yeni "şou proqramları" ilə tanış olacağıq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.