Siyasət

Rəqs edən düşmən: həyanı unudub gerçəyi təpikləyən bədbəxt - VİDEO - FOTO

13 Mart 2018 15:02
5 Şərh     Baxış: 3 214

"Mən də bir zamanlar söyüş yazan azərbaycanlılara "dostum" deyə cavab yazardım, ətrafımdakılar da gülərdilər. Təbii, düşünürdüm ki, qonşudakı azərbaycanlıları ermənilər düşmən gözü ilə gormür, onlar barəsində düşmən obrazı yaratmır. Amma qonşu bizdən düşmən yaradır. Bundan başqa, biz ermənilər azərbaycanlılar barədə düşmən obrazı yaratmasaq da, azərbaycanlılarla əlaqə quranları düşmənləşdirmək kimi pis vərdimişiz var".

Belə "romantik" etiraf Türkiyədə yaşayan erməni Aris Nalçı "Aqos" qəzetində yazıb.

O, "İçimizdeki Azeriyle yüzleşmek" başlıqlı köşə yazısında ilk əvvəl özünü, sonra da bütün erməniləri sülhpərvər, humanist, sülh istəyən və arzulayan, Azərbaycanla normal münasibətlər qurmaq istəyən insanlar kimi göstərməyə çalışıb.

Ermənistanın, erməniliyin və ermənilərin bəsit, həm də yartımaz tərifi olan yazıda müəllifi "munis erməni" obrazı yaratmağa çalışıb.

Sən demə, ermənilər Dağlıq Qarabağı işğal etməyiblər, Azərbaycan ərazisinin 20 faizini ələ keçirməyiblər, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün olmasının səbəbkarı, Xocalı soyqırımının baiskarı deyillər.

Dağlıq Qarabağda həlak olmuş minlərlə, on minlərlə azərbaycanlılar da A.Nalçının sözlərinə inansaq, sən demə, kütləvi intihar ediblər  - ermənilər də onları qəmli, gözüyaşlı seyr ediblərmiş.

AŞPA-da ermənilərin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş toplantısında - şansında ki, başabəla "azərbaycanlı" Leyla Yunus və dəstəsi Xocalı soyqırımı barədə azərbaycanlı millət vəkillərinin söylədiklərinə ağız büzmüş, rişxəndlə gülümsəmişdi - yaşanmış olaydan bəhs edərkən A.Nalçı oxucularını az qala idiot yerinə qoyaraq Dağlıq Qarabağdakı separatçı rejimin "XİN başçısının müavini" Armine Aleksanyanı mədh edir: "Azərbaycanlılar zalda Xocalıya həsr olunmuş plakat açdılar, şüarlar söylədilər. Armine Aleksanyan da dedi: "Uşaqlara erməniləri şeytanlaşdıraraq "düşmən" deyə öyrədən bir təhsil sistemindən münaqişənin həllinə yardım gözləmək imkansızdır. Biz, yəni Dağlıq Qarabağdakı ermənilər bu günədək heç bir zaman hərbi və ya siyasi məzmunlu açıqlamalarımızda qonşumuzu "düşmən tərəf" adlandırmadıq. Bütün saytlarımıza və mətbuat üçün bəyanatlarımıza baxa bilərsiniz. Biz "qarşı tərəf" deyirik". Aleksanyanın dedikləri siyasətçinin sözləri deyil. O, danışarkən bir qarabağlı ermənisi rahatlığı ilə azərbaycanlıları "qonşu" adlandırmaqdan çəkinmir".

... Əsl ad və soyadı Aris Nalçyan olan Aris Nalçı Ankaradakı ODTÜ-nü (Orta Doğu Teknik Üniversitesi) bitirib, ixtisasca mühəndisdir. Lakin peşəsini sevməyən, soyadı türk əsilli olsa da, erməniliyi ilə qürurlanan Nalçı tələbəlik  illərində vurğunu olduğu rəqqaslığı davma etdirmək xəyalında idi.

Sonra "rəqs fotoqrafı" olmaq istədi, çalışdı, insanlara kameranın obyektivindən baxdı.

İndi Türkiyədəki erməni diasporunun "Aqos" qəzetində köşə yazarıdır.

Bir zamanlar obyektivdən baxsa da, obyektiv ola bilməyən, amma rəqqaslığı unutmayan Aris Nalçı sözlərlə rəqsi sevir.

Özünün dediyi kimi, "rəqs edən düşmən"dir. Ki, ötən ay depressiyaya qapılaraq "bədbəxtəm" də yazmışdı.

Ermənilərin "Aqos" qəzeti ilə yanaşı, erməni aşiqliyi ilə xüsusilə seçilən və "demokrat, açıq görüşlü" olduğunu vurğulayan T24 saytında çalışan Aris Nalçı ötən yazılarından birində "gerçəyi təpikləmək olmaz" yazmışdı.

Doğrudur, gerçəyi təpikləyən, vurub kənara atmaq istəyənlər əslində özlərini kötəkləyən binəvalardır: onlar olanları xəyal, xəyallarını da fakt sayırlar.

Bəziləri bunu şüurunun kasadlığından edir, bəziləri də kasad yaşamına şüurunda çözüm arayaraq şərəfini satışan çıxarır, alıcı arayır, tapanda bəxtəvər olur.

Aris Nalçı arzuolunmaz adamdır. Azərbaycanda da o statusa malikdir.

Səbəb çox sadədir. 4 il əvvəl, 2014-cü sənədə o, Ermənistandan Azərbaycan ərazisinə, Dağlıq Qarabağa qanunsuz və özbaşına şəkildə keçib, Xankəndidə olub, işğal altında olan Azərbaycan ərazilərini dolaşıb, sonra da qarabağlı ermənilərin separatçı rejiminin rəhbərlərindən müsahibə alıb.

Nalçının "Dağlıq Qarabağ reportajı" T24-də dərc olunmuşdu.

2009-cu ildə o, "Akşam" qəzeti üçün reportaj hazırlamaq adı ilə Dağlıq Qarabağda olmuş, iki gün Xankəndidə qalmışdı.

2013-cü ildə A.Nalçı Bakıdan üzr istəmiş, "Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, Dağlıq Qarabağda separatçılardır" yazmış və söyləmişdi.

Bakı onu bağışlamışdı, amma nə edəsən ki, A.Nalçı təkilərin tövbəsi də saxtadır.

2014-cü ildə o, yenidən Dağlıq Qarabağa getmişdi ki, bu barədə artıq bəhs etdik.

... Aris Nalçı "qarabağlı ermənilərin humanistliyi"ndən bəhs edir, Xocalı soyqırımı ilə bağlı Azərbaycanın yürütdüyü siyasəti, müxtəlif ölkələrdəki iaspor təşkilatlarının, vətəndaşlarımızın aksiyalarını tənqid edir.

"Aqos"la T24-ün erməni yazarının həyasız yalançı olduğunu elə qarabağlı ermənilərin özləri sübut edir.

Təqdim etdiyiimiz videoya diqqətlə baxın. Kadrlarda qarabağlı ermənilərdir.

Biri şərtlə "bütün dünya bizə "işğalçı deyir - olsun, hə, işğalçıyam, yaxşı eləmişik, Azərbaycanın torpaqlarını tutmuşuq" deyir, o biri isə "azərbaycanlılar xalq yox, tayfadır: onların hamısını qırmaq, məhv etmək, yalnız birini spirtli bankaya qoyub insanlara göstərmək gərəkdir ki, belə vəhşilər olub nə zamansa" söyləyir".

Bu, ermənilərdir, ermənilikdir, Dağlıq Qarabağda yaşayan və A.Nalçının mədh etdiyi "humanistlər"dir.

Elçin Alıoğlu

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Separatçıların əsl siması

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.