Siyasət

"Azərbaycan sabit iqtisadi marşrutun yaradılmasına böyük töhfə verir"

13 Mart 2018 12:02
Baxış: 234

"Sabit iqtisadi marşrut İpək Yolu ölkələrinin ümumi məqsədidir və Azərbaycan İpək Yolu əməkdaşlığı çərçivəsində bu marşruta böyük töhfə verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında ATƏT PA-nın sədri Georgi Tsereteli deyib.

G.Tsereteli bildirib ki, iqtisadi layihələr ATƏT-in fəaliyyətinin ayrılmaz hissəsidir: "Dünya iqtisadiyyatının vəziyyəti mövcud problemlərin öhdəsindən gəlmək məqsədilə ölkələrin sıx əməkdaşlığını tələb edir".

PA sədri əlavə edib ki, iqtisadi çiçəklənmənin nailiyyətləri də marşrutun bütün ölkələri arasında əməkdaşlığı tələb edir: "Bakı-Tbilisi-Qars Şərqlə Qərb arasında marşrut yoluna ideal nümunədir. Oxşar layihələr dünya ölkələri arasında həyati əhəmiyyətli iqtisadi körpüdür".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.