Siyasət

Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

12 Mart 2018 19:15
Baxış: 1 635

Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir: "Cənab Prezident. Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümünə səbəb olan yanğın barədə xəbər məni dərindən kədərləndirib.

Mən Sizə və yanğın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

XXX

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Bakıda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yanğın hadisəsi barədə xəbər məndə dərin təəssüf və kədər hissi doğurdu.

Zati-aliləri, bu ağrılı hadisə ilə bağlı əfqan xalqı adından Sizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bu faciəvi hadisədə əzizlərini itirmiş ailələrin yanında olduğumu və onların kədərini bölüşdüyümü bildirirəm.

Xəsarət alanların tezliklə sağalmalarını diləməklə yanaşı, Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".

XXX

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Zati-aliləri. Bakıdakı Respublika Narkoloji Mərkəzində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən sarsıtdı və kədərləndirdi.

Hörmətli cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatı olaraq bu faciəli hadisə ilə əlaqədar ağrı-acılarınızı bölüşürük. Həmçinin həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına İslam Əməkdaşlıq Təşkilatı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, ölənlərə Tanrıdan rəhmət diləyir, xəsarət alanların isə tezliklə sağalmasını arzu edirəm".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.