Siyasət

Səfir: "Hindistan şirkətləri Azərbaycanın əczaçılıq sahəsinə investisiya qoymaq istəyir"

12 Mart 2018 17:55
0 Şərh     Baxış: 642

Hindistan şirkətləri əczaçılıq sahəsində Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir vurğulayıb ki, Hindistan öz əczaçılıq sənayesi ilə məşhurdur:

"Hindistan şirkətləri əczaçılıq sahəsində, əsasən də Pirallahı Sənaye Parkında birgə müəssisələrin yaradılmasında maraqlıdır".

S.Rana əlavə edib ki, hazırda Hindistanın "SunPharma" və Azərbaycanın "Gilan Holding" şirkətləri arasında Azərbaycanda bu cür müəssisənin yaradılması üçün danışıqlar aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.