Siyasət

Dilqəm Əsgərovun oğlu Ermənistanı beynəlxalq məhkəməyə verir

12 Mart 2018 17:51
6 Şərh     Baxış: 1 379

Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Ermənistanı beynəlxalq məhkəməyə (BMT-nin Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi) verəcək.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a K.Əsgərov özü məlumat verib. O, hazırda bu istiqamətdə işlərin aparıldığını deyib.

"3 ildir rəsmi qaydada Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Nədənsə Avropa Məhkəməsi işə baxmaq istəmir. Atam yaşlı və xəstə adamdır, gözləməyə vaxtımız yoxdur. Atamdan heç bir məlumat ala bilmirəm, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları mənə şifahi məlumat verirlər ki, atan yaxşıdır, problemi yoxdur. Necə problemi yoxdur ki, atamla bir ildir əlaqə saxlaya bilmirəm".

K.Əsgərov hesab edir ki, atası erməni girovluğunda ac-susuz saxlanılır, ona işgəncələr verilir: "Qızıl Xaç Komitəsi 3 aydan bir bizə videogörüntülər təqdim etməlidir. Nədənsə bunu etmirlər. Şahbaz Quliyevdən videogörüntü, məktub gəlsə də, atamdan heç nə yoxdur. Beynəlxaq məhkəməyə müraciət etməyimizin səbəbi odur ki, atam ac və susuz, şəraitsiz yerdə saxlanılır, daim işgəncə altındadır. Mənim əlimdə faktlar var. Faktları dövlət rəsmilərinə ünvanlamışam. Ermənistanın ombudsmanı rəsmi qaydada açıqlama verib ki, Dilgəm Əsgərovun səhhəti yaxşıdır, yaxşı şəraitdə saxlanılır. Əgər yaxşıdırsa, heç bir problem yoxdursa, nəyə görə ondan videogörüntü gəlmir".

K.Əsgərov atası ilə bağlı 70 ölkəyə məlumat göndəriləcəyini əlavə edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az

Şərh yaz:

6 Şərh:

  • Anonim
    TV · 12 Mart 18:0230

    ALLAH KÖMƏK OLSUN İNŞALLAH YAXŞI OALACAQ, SƏN DAVAM ET QARDAŞ BİR ŞƏRH, BİR REAKSİYA YOXDUR AMA ÇAL-ÇAĞIRA YAZIQ ADAMLAR TEZ REAKSİYA VERƏRƏK ŞƏRHLƏR YAZIR ŞƏRH BUNA YAZIN DƏ

    Cavab yaz
    • Anonim
      Tovuzlu E · 12 Mart 20:2310

      Yaziriq verilmir deee Izah da edilmir ki bilek niye verilmir serhlerimiz

      Cavab yaz
  • Anonim
    Aydlndl · 12 Mart 19:5111

    Vetenimin wir ureyli oglu Allah qaplvl achsln.

    Cavab yaz
  • Anonim
    Bakili · 12 Mart 20:1020

    Vetenin wir urekli oglu deyirsen ama unutmaki hemen dediyin wir qefesdedi ozude duwmen elinde

    Cavab yaz
    • Anonim
      Aydlndl · 12 Mart 21:0711

      Ne yazlram ozum bilerem senlik doyul.

      Cavab yaz
  • Anonim
    Ulker · 12 Mart 21:0500

    Fikirlerimi toplayib yaza bilmirem,esebden.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.