Siyasət

Nazir müavini: ""Şərq tərəfdaşlığı" üzvlərindən birinin ərazisinin bu təşəbbüsün digər üzvü tərəfindən işğalı qəbuledilməzdir"

12 Mart 2018 14:26
Baxış: 313

"Şərq tərəfdaşlığı"nın üzvlərindən birinin ərazisinin bu təşəbbüsün digər üzvü tərəfindən işğalı qəbuledilməzdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Brüsseldə "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirdə çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfindən işğal olunub və bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib,onların fundamental hüquqları pozulub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.