Siyasət

"Müxalifət bu mitinqlə növbəti dəfə özünü ifşa etdi"

11 Mart 2018 15:30
Baxış: 1 009

"Radikal müxalifətin dünən "Məhsul" stadionunda "ümumxalq mitinqi" adlandırdıqları mitinqin fiaskoya uğrayacağı gözlənilən idi".

Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib.

Media Qrupunun rəhbərinin sözlərinə görə, mitinqdə çıxış edənlər köhnə şüarlar, mənasız çıxışlar, əsassız ittihamlar səsləndirməklə mitinqlərə daha çox insan cəlb edəcəklərini düşünürlər: "Amma onlar unudurlar ki, öz çıxışlarında dövlətçilik maraqlarına qarşı ifrat dərəcədə qərəzli və əsassız fikirlərə yer verərək, nəticədə özlərini ifşa edirlər. Dövlətin yürütdüyü demokratik, uğurlu daxili və xarici siyasətə qarşı böhtançılıq, şər və qarayaxma yolu ilə kölgə salmağa cəhd edən Əli Kərimli kimi tükənmiş "siyasətçilər" hakimiyyətdə olduqları dövrü nə tez unudublar? Müstəqilliyimizin ilk illərindən indiyədək xalqın siyasi baxışları, dünyagörüşü, hadisələrə qiymət vermək, analiz etmək qabiliyyəti xeyli təkmilləşib. Radikallar ancaq özlərini və ətrafındakı 5-10 nəfəri aldada bilərlər. Xalqımız inkişafın, tərəqqinin tərəfdarıdır, müxalifətin arzuladığı xaosun yox".

B.Quliyev əlavə edib ki, müxalifət bu mitinqlə növbəti dəfə özünü ifşa etdi: "Bu gün hakimiyyət xalqın maraqlarının əsas qarantı və müdafiəçisidir və üzə çıxan müəyyən problemlərin həll olunması istiqamətində dövlətimiz nəhəng işlər reallaşdırılır. Ona görə də özlərinə müxalifətçi adı qoyub mitinq keçirənlər sadəcə, Qərb havadarlarının gözlərindən pərdə asmaq üçün bu kimi teatralizə olunmuş uğursuz tamaşalarını sərgilədilər. Amma nəticədə xalq da gördü ki, bu, tükənmiş müxalifətin növbəti uğursuzluğu idi".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.