Siyasət

"Bunlar siyasi meyitdirlər, a bəy..." - müxalifət mitinqinin şərhi

10 Mart 2018 20:09
Baxış: 1 269

"Bu hakimiyyətə qarşı təsirli etiraz təşkil edənlər, ya ondan çox resursa, ya da dürüstlüyə sahib olmalıdır. Başqa variant bu günkü fiaskodur".

AXCP Rəyasət Heyətinin sabiq üzvü, partiya sədrliyinə namizəd olmuş Sahib Kərimli AXCP, Müsavat və Milli Şuranın bu gün Bakıdakı "Məhsul" stadionunda keçirdiyi, daha çox bir qrup insanın toplantısına bənzəyən "mitinq"ini Facebook-dakı səhifəsində şərh edərək belə yazıb.

S.Kərimlinin açıqlamasını şərh edən istifadəçilərdən birinin cavabı isə belə olub: "Ay Sahib bəy, neçə ildir bu siyasətin içindəsən, sən axı görürsən ki, bunların xalq içində 1 qram hörmətləri yoxdur. Hələ keçən dəfə dəstəkdən-zaddan yazmışdın mitinqə. Bunlar siyasi meyitdirlər, a bəy. 3 dəfə qaldırıb qoyub sonra basdırmaq lazımdır tarixin zibilliyində".

S.Kərimli deyəsən, humanist davranaraq AXCP-Müsavat-Milli Şura triosunun başabəla mitinqini olduğu kimi dəyərləndirməyib.

Hakimiyyəti tənqid edənlərin əslində özlərinin tənqidə belə, yararsız fəaliyyət nümayiş etdirdikləri bir yana - onlar ambisiyalarını artıq maniyaya, psixoloji komplekslərə çeviriblər.

Dürüstlük və fəaliyyət şəffaflığına gəldikdə isə, bu kəlmələr Cəmil Həsənli və Əli Kərimli üçün yalnız bayağı şüarçılıq üçündür - onların maliyyə mənbələrindən tutmuş, aldıqları sifarişlərə və göstərişlərədək əksər məqamlar çirkin, qaranlıqdır.

Xatırladaq ki, S.Kərimli AXCP sədri Əli Kərimlinin qurumdakı avtoritar, yalnız özünə "itaət" stilinə əsaslanan idaretmə metodlarına, onun partiyanı içdən dağıdan fəaliyyətinə və ümumiyyətlə, siyasi potensialının olmamasına etiraz etdiyi üçün AXCP sıralarınadan kənarlaşdırılıb.

S.Kərimli AXCP sədrliyinə sabiq namizəddir.

Orxan Hun
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.