Siyasət

NATO PA-nın Baş katibi Azərbaycanı təriflədi - FOTO

2 Mart 2018 10:56
Baxış: 1 204

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO Parlament Assambleyasının (NATO PA) Baş katibi Devid Hobbs ilə görüş keçirib.

Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Q.Məmmədov Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirakı barədə məlumat verib və tərəfdaşlığın parlamentar ölçüsünün əhəmiyyətini qeyd edib.

Baş katib Devid Hobbs Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirib və NATO PA-da Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin fəal iştirakını təqdir edib.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.