Siyasət

MSK: "Maraqlı şəxslər müraciət edib, namizədlərin sənədləri ilə tanış ola bilər"

24 Fevral 2018 18:03
Baxış: 1 099

"Bildiyiniz kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin sənədlərinə baxılması hər zaman şəffaf şəkildə həyata keçirilir. Hazırda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün seçici imzaları toplanmış imza vərəqələri və digər sənədlərə Mərkəzi Seçki Komissiyasında İşçi Qrupu tərəfindən baxılır". 

Milli.Az xəbər verir ki, bunu APA-nın sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
 
Ş. Əsədli deyib ki, bütün bu proseslər tam şəffaf şəkildə aparılır: "Hər zaman MSK sədrinin iclasda bəyan etdiyi kimi, maraqlı şəxslər müraciət edib, proseslə yaxından tanış ola bilərlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.