Siyasət

İordaniyanın Kralı Azərbaycan Prezidentinə məktub göndərib

23 Fevral 2018 18:29
Baxış: 619

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Zati-aliləri, Sizə səmimi salamlarımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayır, ölkənizin inkişafı və xalqınızın rifahı naminə səylərinizi yüksək qiymətləndirməkdən məmnunluq hissi duyuram.

İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünü qeyd etmək, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək səylərimizə əsaslanan tarixi dostluq münasbətlərimizdən dərin iftixar hissi keçirmək mənə böyük məmnunluq bəxş edir.

Qardaş Azərbaycana səfərlərim zamanı Zati-alinizin ölkənizin tərəqqisi və rifahı üçün davamlı töhfəsini əks etdirən, iqtisadiyyat, siyasət, mədəniyyət və elm sahələrində qazanılan böyük nailiyyətlərin şahidi olmuşam. İnanırıq ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan regional və qlobal təhlükəsizliyin, sabitliyin təmin olunmasında oynadığı mühüm rolunu davam etdirəcək.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək ikitərəfli əməkdaşlığımızı möhkəmləndirmək, strateji tərəfdaşlığımıza söykənərək bu münasibətləri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün daha yeni səviyyələrə qaldırmaq, eləcə də ümumi məqsədimiz olan sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində səylərimizi dəstəklədiyimizi bir daha bəyan edirəm.

Zati-aliləri, Sizə müvəffəqiyyət və cansağlığı, fəaliyyətinizə Uca Allahdan xeyir-dualar diləyir, əziz Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.