Siyasət

"İrəli" Xocalı faciəsi ilə bağlı sosial şəbəkələrdə aksiyalara başlayır

22 Fevral 2018 20:25
0 Şərh     Baxış: 1 192

"İrəli" İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi faciə ilə bağlı aksiyalara başlayıb.

Təşkilatdan Milli.Az-a verilən məlumata görə, aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan şəxsləri insanlığa qarşı törədilmiş bu cinayət barədə məlumatlandırmaqdır.

Birlikdən bildirilib ki, sosial şəbəkələrdə təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya çoxlu sayda gənc qoşulub. Aksiyanın 27 fevral tarixinə kimi davam etməsi nəzərdə tutulur. Aksiyaya qoşulmaq istəyən şəxslər, bu sosial şəbəkə üzərindən  #justiceforKhojaly, #Azerbaijan, #ireli2018 həştəqlərindən istifadə edərək müxtəlif növdə olan məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərini daha böyük auditoriyalara çatdırılmasına nail ola bilərlər.

Qeyd edək ki, "İrəli" İctimai Birliyi ötən il də Heydər Əliyev Fondunun Xocalıya Ədalət Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı Soyqırımının tanınması ilə bağlı sosial şəbəkə aksiyası həyata keçirib. Aksiyalar zamanı 300-dən artıq gənc "twitter", "facebook", "instagram" kimi sosial şəbəkələrdə #justiceforkhojaly haştaqı altında paylaşımlar edıb və müxtəlif erməni qruplarına tutarlı arqumentlərlə cavab veriblər.

Xatırladaq ki, bəşər tarixində iz qoyan  Xocalı faciəsindən 26 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə divan tutublar. Xocalı faciəsi zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.