Siyasət

ATƏT PA-nın xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI

22 Fevral 2018 15:22
Baxış: 993

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələsində beynəlxalq ictimaiyyət hərtərəfli həll yolunun tapılması və dayanıqlı sülhün əldə olunması ambisiyasından sadəcə müharibədən qaçınmaq səylərinə keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin qurumun bu gün Vyanada keçirilən qış sessiyası zamanı deyib.

Xüsusi nümayəndə beynəlxalq ictimaiyyətin bu cür yanaşmasının dəyişməsinin vacibliyini vurğulayıb.

K.Vigenin deyib: "ATƏT PA münaqişənin nizamlanmasında rol oynaya bilər, əgər xüsusən münaqişə tərəfləri bunun üçün şərait yaratsalar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.