Siyasət

Necdet Ünüvar: "Xocalı ortaq dərdimiz, qanayan yaramızdır"

22 Fevral 2018 13:56
0 Şərh     Baxış: 905

Xocalı ortaq dərdimiz, qanayan yaramızdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədovla Ankarada görüşündə bildirib.

N.Ünüvar qeyd edib ki, Xocalı faciəsi heç zaman unudulmayacaq və unutdurulmayacaq: "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.