Siyasət

XİN: "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə beynəlxalq tribunalda baxılmalıdır"

22 Fevral 2018 11:47
Baxış: 570

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə beynəlxalq tribunalda baxılmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün beynəlxalq təşkilatlar tanıyır:

"Ermənistan bunu dərk etməlidir. Erməni qoşunları Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmalıdır. Mövcud status-kvo qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilməlidir".

XİN rəsmisi bildirib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi cinayətlər ciddi araşdırılmalı, beynəlxalq tribunalda baxılmalı və qiymət verilməlidir: "Bu prosesdə ikili standartlar mövcuddur. Azərbaycana qarşı ermənilərin törətdiyi cinayətlərin araşdırılaraq beynəlxalq müstəvidə qiymət verilməsi üçün əlimizdən gələni edirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.